İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kirali ilə görüşüb. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəfdaşlığın prioritet istiqamətlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə birgə fəaliyyətin regional inkişafa xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var.
Söhbət zamanı tərəflər Avropa İttifaqının Azərbaycan üçün 2024-cü il üzrə maliyyələşdirmə sazişi, birgə layihələrin icrası, eləcə də digər məsələlərə dair müzakirələr aparıblar.
XQ

