Dünən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Milli Hidrometerelogiya Xidmətindən verilən məlumata görə, sentyabrın 8-də saat 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 millimetr olan dolu düşüb.
Leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.
XQ

