Xankəndi şəhəri ərazisində silah və sursatların axtarışı davam etdirilir.
DİN mətbuat xidmətinin məlumatına görə, dünən yeni hərbi vasitələr aşkar olunaraq götürülüb.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ

