Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Partiyanın Mərkəzi Təşkilat Komitəsinin sədri Le Min Hunq 16-cı Milli Assambleyanın birinci sessiyasında Vyetnam Sosialist Respublikasının Baş naziri seçilib.
XQ xəbər verir ki, bu barədə Vyetnamın dövlət xəbər agentliyi VNA məlumat yayıb.
"Milli Assambleya Siyasi Büronun üzvü, Partiya Mərkəzi Komitəsinin katibi, Mərkəzi Təşkilat Komitəsinin sədri və 16-cı Milli Assambleyanın üzvü Le Min Hunq 2026-2031-ci illər müddətinə Vyetnam Sosialist Respublikasının Baş naziri seçilib", - məlumatda qeyd olunub.
Agentliyin məlumatına görə, ölkənin yeni Baş naziri and içərək Milli Assambleyada çıxış edib.

