Səyyar ASAN xidmət Qusarda

post-img

Səyyar ASAN xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub.

Bu barədə XQ-yə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 321 mindən çox, 2025-ci il ərzində isə 173 min 200-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Sosial həyat