Batabatda qarın hündürlüyü 7 santimetr olub

post-img

Aprelin 16-ı saat 07:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Xalq qəzeti”nə verilən məlumata görə, Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Qarın hündürlüyü Batabat yaylağı ərazisində 7, Biçənəkdə 3, Küküdə 2, Parağaçayda 3 santimetr olub.

Muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı, aprel ayının 17-də yağıntıların tədricən azalacağı gözlənilir. Aprelin 18 və 19-da hava şəraitinin yağmursuz keçəcəyi 20-də qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək.

 



Son xəbərlər