Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya ədalət mühakiməsinin gələcəyi” mövzusunda simpoziumda iştirak etmək üçün İstanbulda olub.
Fərhad Abdullayev tədbirdə çıxış edərək hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyindən söz açıb.
Simpoziumda Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə verilib.
XQ