Kürdəmir Prokurorluğunda seminar

post-img

Kürdəmir Rayon Prokurorluğunda “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar təşkil olunub. Tədbirdə 12 regiondan prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Kürdəmir rayon prokuroru Tural İbrahimov bildirib ki, Azərbaycan Konstitusiyası dövlət suverenliyinin möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı üçün əsas hüquqi sənəddir. O vurğulayıb ki, ulu öndər Heydər Əliyev bu sənədin hazırlanması və qəbulunda böyük rol oynayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında bildirib ki, Konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. O, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin uğurla həyata keçirildiyini vurğulayıb.

Tədbirdə hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlər müzakirə olunub, çıxışçılar prokurorluğun qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüblər.

XQ

Son xəbərlər