Cari ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 529 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 515-i kişi, 14-ü qadın olub. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşından ümumilikdə 110 kiloqram 798,356 qram müxtəlif növ narkotik vasitələr götürülüb.
XQ xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-fevral aylarının yekununa dair məlumatında bildirilib.
Qeyd olunub ki, hüquq- mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kiloqram 764,016 qram narkotik vasitə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlər 32 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kiloqram 240,3 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Qeyd edək ki, Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-fevral aylarının yekununa dair məlumatı ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

