Misli Premyer Liqasında XXXI tur

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Dünən baş tutan açılış matçında “İmişli” və “Zirə” komandaları qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Turnir cədvəlində Bakı klubu 50 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəib. “Bank Respublika Arena”da keçirilən qarşılaşma gəncəlilərin xeyrinə başa çatıb – 1:0.

Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün və sabah təşkil olunacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman