Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

post-img

Efiopiyada Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı və regional iqtisadi əməkdaşlıq imkanları təqdim olunub.

Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin Efiopiyaya səfəri çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkənin su və enerji naziri Habtamu İtefa Gelet ilə görüşüb. Görüşdə enerji, su ehtiyatlarının idarə olunması və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər yaşıl enerji və davamlı inkişaf istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Efiopiyanın kənd təsərrüfatı üzrə dövlət naziri Deselgn Tashome ilə keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı, innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti həmçinin Müasir Efiopiya Xidmətləri üzrə Təşkilatlanmış Fayda Mərkəzinin (MESOB) fəaliyyəti ilə tanış olub. Mərkəzdə dövlət xidmətlərinin vahid platforma üzərindən təşkili, rəqəmsal həllər və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində həyata keçirilən mexanizmlər barədə məlumat təqdim edilib.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

İqtisadiyyat