Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib.
XQ Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Türkiyədən ən çox mal idxalını Almaniya 6 milyard 768,537 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,2 % çox), Böyük Britaniya 4 milyard 608,873 milyon ABŞ dolları (+11,1 %) və İtaliya 4 milyard 503,975 milyon ABŞ dolları (+7,6 %) dəyərində həyata keçirib.
Təkcə aprelda isə Türkiyə Azərbaycana 212,515 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,7 % çoxdur.
Yanvar-aprel aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 77 milyard 913,922 milyon ABŞ dollarına, aprel ayında isə 23,1 % artaraq 22 milyard 255,822 milyon ABŞ dollarına çatıb.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

