“Böyük dəbilqə”də ilk gün

post-img

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük dəbilqə” turnirində ilk günü medalsız başa vurublar.

Son olaraq Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə məğlub olublar. Ş.Həmidova Kristina Dudinaya (Rusiya), G.Məmmədəliyeva isə Nandin-Erdene Myaqmarsurenə (Monqolustan) uduzub.

Xatırladaq ki, “Böyük dəbilqə” turniri sabah başa çatacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman