Bu gün Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində tatamiyə çıxacaq.
XQ xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.
70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

