“Baku Open” stolüstü tennis turniri keçiriləcək

post-img

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir.

XQ xəbər verir ki, söhbət Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turnirindən gedir.

Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər. 

İdman