Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durham, Ekumenik Kilsəsinin baş Mitropoliti Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirilib.
G20 Dinlərarası Forum Assosiasiyasının nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparılıb, üçtərəfli anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Qafqaz Müsəlmanları İdarəsi şurada təsisçi qurum kimi çıxış edəcək. Bu, Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfə baxımdan mühüm addım, eləcə də bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir.
Qafqazın şeyxi anlaşma memorandumunun imzalanmasının vacibliyini ifadə edərək deyib: “Bu gün mühüm sənədi imzalayırıq. G20 Dinlərarası Forum Assosiasiyası ilə artıq əməkdaşlıqla yanaşı, həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik”.
Görüşdə oktyabr ayında ABŞ-də keçiriləcək G20 Dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb.
XQ

