Azərbaycanın müdafiə naziri Vyetnamda

post-img

Vyetnamda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, ­general-polkovnik Zakir Həsənov həmin ölkənin Baş naziri Pham Minh Chinh ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

Son xəbərlər