Dünya Bankının “Qayıdış” dəstəyi

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi ilə bağlı komitənin həyata keçirdiyi işlər barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə doğma yurda geri qayıdışına şərait yaradır.

Əhalinin ləyaqətli yaşayışının təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Dünya Bankı ilə birgə keçirilən layihə də doğma yurdlarına qayıtmağa hazırlaşan köçkünlərin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. 18 şəhər və rayonu əhatə edən layihə çərçivəsində keçirilən təlimlərdə 800-ə yaxın məcburi köçkün iştirak edib.

Dünya Bankının nümayəndələri – “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsi”nin Dünya Bankı tərəfindən layihə rəhbəri Erik Koldvel Conson, Dünya Bankının əməkdaşı Sabina Anne Espinoza, Dünya Bankının Azərbaycandakı fəaliyyəti ilə əlaqəli nümayəndəsi Xalisa Şahverdiyeva məcburi köçkünlərlə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bundan məmnunluqlarını ifadə ediblər.

XQ

Son xəbərlər