İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
XQ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri kollegiyanın üzvləri sırasına əlavə edilib.
Qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq qəbul edilib.

