Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gəlib.
Səfər zamanı Baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib. Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq-mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib. Göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Baş prokuror minnətdarlığını bildirərək, Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.
Səfər çərçivəsində Kamran Əliyev, həmçinin Somali Ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli və Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə də görüşüb.
XQ