2025-ci il üçün iqtisadiyyat üzrə də Nobel mükafatı laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyası oktyabrın 13-də Joel Mokirin “Texnoloji tərəqqi vasitəsilə davamlı iqtisadi artım üçün zəruri şərtləri müəyyən etdiyinə görə”, Filipp Aqhionun və Piter Hauittin “Yaradıcı dağıdıcılıq vasitəsilə davamlı iqtisadi artım nəzəriyyəsinə görə” Nobel mükafatına layiq görüldüklərini elan edib.
İsveç Kral Elmlər Akademiyasının üzvlərinin sözlərinə görə, laureatlar bu mükafata “innovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə görə” layiq görülüblər. Nobel Komitəsinin saytında verilən açıqlamaya görə, Joel Mokir davamlı iqtisadi artımın mahiyyətini nümayiş etdirmək üçün tarixi mənbələrdən istifadə edib. Onun araşdırmasında göstərdiyi kimi, innovasiyanın uğur qazanması üçün “nəyinsə işlədiyini bilmək kifayət deyil, həm də onun niyə belə etdiyini izah edən əsasa sahib olmaq” lazımdır: “İnnovasiyalar Sənaye İnqilabına qədər olmayıb və bu da yeni kəşflərə və ixtiralara mane olub. “O, cəmiyyətin yeni ideyalara açıq olmasının və dəyişməyə hazır olmasının vacibliyini də vurğulayıb”.
İqtisadiyyat üzrə Nobel Mükafatı Komitəsinin sədri Con Hassler deyib: “Laureatların işi göstərir ki, iqtisadi artımı təbii qəbul etmək olmaz. Biz durğunluğun qarşısını almaq üçün yaradıcı məhvin altında yatan mexanizmləri dəstəkləməliyik”.
Qabil YUSİFOĞLU
XQ