Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü mərasimi

post-img

Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü münasibətilə noyabrın 13-də Bakıda tədbir təşkil edilib.

ŞKTR-nın Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer xalqımızı və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ Zəfəri münasibətilə təbrik edərək deyib: “Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsi bizim üçün böyük fəxr mənbəyidir”.

O qeyd edib ki, parlamentlərimiz arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar.

Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Kipr türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir. Kipr Türk dünyası tarixində birlik və azadlıq uğrunda mübarizənin önəmli simalarından biridir. Müstəqilliyin elan edilməsindən bəri Kipr siyasi və iqtisadi çətinliklərə baxmayaraq, qətiyyətlə dayanıb, qardaş Türkiyənin davamlı dəstəyi ilə inkişaf edib və regional sabitliyə töhfə verib.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

XQ

Son xəbərlər