Uitkoff İranla razılaşma ehtimalından danışıb

post-img

ABŞ rəsmiləri Tehranla danışıqların ikinci mərhələsində İranla razılaşmanın mümkünsüzlüyünü anlayıblar. Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Vaşinqton üçüncü görüşü sonuncu şans kimi qiymətləndirib.

İran və ABŞ İranın nüvə məsələsi ilə bağlı üç raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Uitkoff rəhbərlik edib. Üçüncü raund fevralın 26-da başa çatıb.

Bi qədər əvvəl Prezident Tramp bəyan etmişdi ki, İran əleyhinə əməliyyat dörd həftədən az müddətdə davam edəcək. 

P.ƏMİRCANOV
XQ

 

Dünya