ABŞ və İran nümayəndə heyətləri danışıqlar üçün eyni vaxtda İslamabada gələcəklər. Bu barədə “Əl-Hədət” televiziyası 21 apreldə Pakistan rəsmisinə istinadən məlumat verib.
“Danışıqların ikinci mərhələsi planlaşdırıldığı kimi davam edəcək. ABŞ və İran nümayəndə heyətləri eyni gündə, eyni vaxtda İslamabada gələcəklər”, - deyə nəşr bildirib.
Mənbə qeyd edib ki, Pakistanın danışıqlar aparan tərəflər arasında atəşkəsin uzadılması barədə heç bir məlumatı yoxdur. Amerika nümayəndə heyətinə vitse-prezident C.D.Vens, iranlı danışıqçılara isə parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.
P.ƏMİRCANOV
XQ

