Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib

post-img

"Azərbaycan Dəmir Yolları" QSC 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

XQ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata əsasən, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.

Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.

Sosial həyat