Qırğızıstan Mərkəzi Seçki Komissiyası üzvlərinin sayı azaldılıb

post-img

Bu gün Qırğızıstan parlamentinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, yerli özünüidarəetmə və tənzimləmə komitəsinin iclasında “Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Konstitusiya qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Məlumatı “Kaliber.az” verib. 

Qanun layihəsinin təşəbbüskarları bir sıra millət vəkilləridir.

Xatırladaq ki, sənəd MSK üzvlərinin sayını 12-dən 8-ə endirir. Bu, Mərkəzi Seçki Komissiyasının işinin optimallaşdırılması ilə bağlıdır.

Təşəbbüskarlar qeyd etdilər ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin azaldılması idarəetmə proseslərini sadələşdirəcək, respublika büdcəsinə düşən maliyyə yükünü (əmək haqqı, maddi təminat, sosial təminatlar üçün xərclər) azaldacaq və hər bir komissiya üzvünün qərarlarına görə şəxsi məsuliyyətini artıracaq. 

P.ƏMİRCANOV
XQ

Dünya