Dünya bazarında neftin qiyməti artmaqda davam edir

post-img

İranın Hörmüz boğazını bağladığını açıqlamasından sonra neft qiymətləri çərşənbə axşamı səhəri artmağa davam edib. Məlumatı “İnterfaks.ru” verib. 

Moskva vaxtı ilə saat 8:11-ə qədər Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,02 dollar (2,6%) artaraq bir barel üçün 79,76 dollara çatıb. Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 4,87 dollar (6,7%) artaraq bir barel üçün 77,74 dollara çatmışdı.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 1,45 dollar (2,04%) artaraq bir barel üçün 72,68 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 4,21 dollar (6,3%) artaraq bir barel üçün 71,23 dollara çatıb.

Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,85 dollar və ya 9,42 faiz artaraq 79,6 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

P.ƏMİRCANOV
XQ

İqtisadiyyat