Mis konsentratının hasilatı 7 dəfədən çox artıb

post-img

Bu ilin yanvar-mart aylarında ölkənin mədənçıxarma sənayesində 3 767,4 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 7,1 dəfə və ya 3 236,1 ton artıb.

Bu ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 2 762,1 ton təşkil edib.

İqtisadiyyat