Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Almaniyada silsilə muğam konsertləri ilə çıxış edirlər. Proqram Azərbaycan muğam sənətinin beynəlxalq səviyyədə təbliği və mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Aprelin 13-dən başlayan konsertlər ayın 30-dək davam edəcək. Almaniyanın bir neçə şəhərində və Belçikanın paytaxtı Brüssel, Niderlandın Leyden şəhərlərində də təşkil ediləcək. Təqdimatlarda klassik muğam nümunələri və xalq musiqisinin inciləri ifa ediləcək. Proqram Almaniyanın Köln şəhərində fəaliyyət göstərən “Klanqkosmos” mədəni platforması gerçəkləşdirilir.
Bu, layihə dünyanın 5 qitəsindən 130-dan çox musiqi kollektivlərini bir araya gətirərək mədəni müxtəlifliyin musiqi sahəsini təqdim edir. Artıq 26 ildir ki, hər il dörd həftə ərzində keçirilən belə konsertlərdə ayrı-ayrı ölkələrin musiqiçiləri Almaniya, Belçika və Niderlandda konsertlər, ustad dərsləri və mühazirələrlə çıxış edirlər.
XQ

