Baş prokuror Türkiyə heyətini qəbul edib

post-img

Aprelin 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib.

Baş prokuror Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib. Yusuf Kuzu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiəsi aparılıb.

Q.YUSİFOĞLU
XQ

Son xəbərlər