DGK-nin sədri Zaqatalada vətəndaşlarla görüşüb

post-img

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb.

Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

XQ

Son xəbərlər