Günəşdən iki nəhəng kütlə ayrılıb

post-img

Günəş tutulması ilə eyni zamanda Günəşdən iki nəhəng protuberans - qırmızı rəngli nəhəng qızmar qaz kütləsi çıxıntısı ayrılıb. Onların hər birinin ölçüsü təxminən 1 milyon kilometr olub ki, bu da Yerin diametrindın təqribən 70 dəfə böyükdür. 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bu barədə öz "Telegram" kanalında məlumat verib və müvafiq görüntüləri paylaşıb.

Hadisəni, həmçinin Günəşi müşahidə edən bir neçə kosmik gəmi də qeydə alıb. Sentyabrın 21-də, Bakı vaxtı ilə təxminən saat 23:30-da Günəş tutulması maksimum fazasında olub və bu Yerin cənub yarımkürəsindən görünüb.

Ü.Qarayev

XQ

Maraqlı