Gözəl musiqi ifaçısı, unudulmaz müəllim

post-img

Zöhrab Adıgözəlzadə – 85

Azərbaycan pianoçusu, Xalq artisti, professor Zöhrab Adıgözəlzadə mədəniyyət tariximizdə silinməz izləri olan böyük bir nəslin nümayəndəsidir. Musiqi onun ruhunda, qanında idi. Amma uşaq yaşlarından pianonun ş irmayi dillərini “canlandırmağa” olan həvəsi gələcəyin böyük bir musiqiç isinin yetişməkdə olduğundan soraq verirdi. Həm də adı Azərbaycan musiqi sənəti tarixinə yazılacaq qədər məş hur bir musiqiç i. Elə də oldu. Azərbaycan Dö vlət Konservatoriyasına qəbul edildi və gözəl pianoçu və pedaqoq M.Brenerin fortepiano sinfini uğula bitirdi.

O, 1962-ci ildə ali təhsil diplomunu aldıqdan sonra N. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspirantura bölməsində P.Serebryakovun sinfində ifaçılıq məharətini təkmilləşdirdi. Doğma konservatoriyada mü əllim, dosent, professor kimi fəaliyyət gö stərdi. Pedaqoji fəaliyyətlə yanaş ı, həm də müntəzəm konsertlər verirdi Zö hrab mü əllim. Keçmiş SSRİ-nin müxtəlif respublikaları, Polşa, Almaniya, Çexoslovakiya və digər ölkələrdə klassiklərin əsərlərini özünəməxsus şəkildə ifa edərək bol alqış qazanırdı. Əlbəttə, fitri istedadı idi onu dünyada tanıdan. Emosional, mənalı ifası nüansların dəqiq dinamikası və yüksək səs mədəniyyəti ilə seçilirdi. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, T.Quliyev, S.İbrahimova, A.Sayqunun əsərlərinin təfsiri intonasiya ifadəliyi, faktura və tematik inkişafın xüsusi prosessuallığı ilə səciyyələnirdi.

...Bir gün, daha doğrusu, 1998-ci ilin aprelində tanınmış opera müğənnisi, dramatik tenor, SSRİ Xalq artisti L.İmanov “İstiqlal” ordeni ilə təltif ediləndə ondan televiziya üçün müsahibə almaqdan ötrü evinə qonaq getmişdik. Söhbət zamanı dönə-dönə vurğuladı ki, Zöhrab Adıgözəlzadə ilə illər ərzində müxtəlif ölkələrdə böyük uğurlu çıxışları olub. Avropa və rus bəstəkarlarının əsərlərini ifa edib, eyni zamanda, Azərbaycan bəstəkarlarını dünyada tanıdıblar. Duetin konsert proqramlarında xalq mahnısı “Küçələrə su səpmişəm”, “Ay Dilbər”, Ə.Zeynallının “Mənim ölkəm” romansı, C.Cahangirovun “Məzlum” və “Ana”, S.Rüstəmovun “Alagöz” və “Məhəbbət nəğməsi”, T.Quliyevin “Sənə də qalmaz” mahnıları daim səsləndirilib. Eləcə də Ü.Hacıbəylinin “Koroğlu” operasından “Koroğlunun ariyası”, “Arşın mal alan” operettasından “Əsgərin ariyası” həmişə dinləyiciləri heyran edib (Bu barədə həvəslə danışan Lütfiyar İmanov axırda “Bu badələri də Zöhrabın sağlığına içək” – deyəndə onu nə qədər ürəkdən sevdiyinin bir daha şahidi olduq).

Qeyd edək ki, Zöhrab Adıgözəlzadə, L.İmanovla yanaşı, Azərbaycanın xalq artistləri, violino ifaçıları S.Qəniyev, Z.Quliyeva ilə səhnəni bölüşüb. Bir gü n Tü rkiyədən gələn təklif isə onu ö mrü nü n qalan illərini qardaş torpağ a bağ lamağ a vadar edib. Savadına, musiqisinə orda daha ç ox ehtiyac olduğunu nəzərə alaraq razılaşıb və 1990-cı ildən ö mrü nü n sonuna qədər – düz 22 il Əskiş ehir Anadolu Universitetinin Dö vlət Konservatoriyasında kafedra mü diri vəzifəsində ç alış ıb Zö hrab Adıgö zəlzadə çoxsaylı konsert proqramları ilə çıxış etməklə yanaşı, mütəmadi olaraq ustad dərsləri verib. Respublikamızda keçirilən musiqi müsabiqələrində münsiflər heyəti tərkibində təmsil olunub. Yaradıcılıq fəaliyyəti Türkiyə və Azərbaycan sərhədlərində məhdudlaşdırmayıb, işlədiyi müddətdə tez-tez Avropaya gedib, orada müasir musiqinin bugünkü inkişaf və uğurları ilə tanış olub.

Qəlbən kamera musiqisinə bağlı olan, parlaq solo, duet və ansambl ifaçısı kimi tanınan Zöhrab Adıgözəlzadə milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə gö rə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq gö rü lü b. Amma bir adı da var idi ki, Zö hrab mü əllim bunu Tanrının lü tfü kimi qəbul edirdi. Bu, xoşbəxt ata adı idi: Murad və Fərid adlı iki oğ lu Zö hrab Adıgö zəlzadənin ocağında onun yolunu, iş ini layiqincə davam etdirir.

Haqqında söylənilənlərdən...

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə: “Zöhrab Adıgözəlzadə Türkiyədə böyük piano məktəbi yaradıb, ondan əvvəl isə Azərbaycanda çox istedadlı pianoçular yetişdirib”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: “O, gözəl musiqiçi, ailə başçısı, əsl azərbaycanlı idi. Türkiyədə yaşadığı dövrdə Azərbaycan incəsənətini çox yüksək səviyyədə təmsil edib”.

“Qaya” Dövlət Ansamblının yaradıcılarından biri və sonralar direktoru olmuş müğənni, Əməkdar artist Rüfət Babayev isə konservatoriyada Zöhrab müəllimin fortepiano sinfində oxuduğunu fəxrlə qeyd edir, onun pedaqoji ustalığını, sənəti gənclərə sevdirməyi bacardığını söyləyirdi.

Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin bir çox ifaları məşhurdur. Amma onun pianoda çaldığı “Noktürn” (müəllifi Vasif Adıgözəlov) lirik, xəyalpərəst təbiətli musiqi parçaları olaraq, təsəvvürümüzdə ata xatirəsinə çevrilir və hər kəsi bir başqa cür duyğulandırır.

Bütün varlığı ilə Vətənə bağlı olan Zöhrab Adıgözəlzadə soydaşlarımızın uğurlarına qəlbən sevinərdi. Xatırlayırıq ki, ömrünün son vaxtlarına təsadüf edən “Eurovision–2011”də Eldar Qasımov və Nigar Camalın “Running scared” (“Ürküb qaçan”) mahnısı ilə qələbəsindən vəcdə gələrək bunu Azərbaycanın musiqi mədəniyyətinin zəfəri sayaraq demişdi: “Bu, ilk növbədə Eldarla Nigarın milyonlarla avropalının qəlbini fəth etməsinin, həmçinin ictimai və dövlət işçilərinin, yaradıcı insanların gördüyü böyük işlərin nəticəsidir. Buna görə doğma və istedadlı Azərbaycan torpağı qarşısında baş əyirəm!”

Zöhrab Adıgözəlzadə 2012-ci ilin mayında dünyasını dəyişib. Xatirəsi daim ehtiramla yad edilir. Sağlığında dəfələrlə tanınmış orkestrlərlə birgə konsertlər verdiyi Vyanada növbəti musiqili gecə onsuz keçirilib. Hələ 1998-ci ildə buradakı ilk konsertində birgə səhnəyə çıxdığı Eskişehir Anadolu Universitetinin “Yunus Emre” kvarteti və pianoçu Fərid Adıgözəlzadə ifaları ilə mərhumun ruhunu şad ediblər.

Görkəmli musiqiçi Zöhrab Adıgözəlzadə sevənlərinin ürəyində, pərəstişkarlarının xatirələrində yaşayır.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət