Yol polislərinin çevik müdaxiləsi yanğının qarşısını alıb

post-img

Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib.

Məlumatı DİN mətbuat xidməti verib. 

YPX əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb. Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti  vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı, yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı tövsiyə edir.

P.ƏMİRCANOV
XQ

Hadisə