Paris hava limanlarında aviadispetçerlərin tətili: uçuşların 40 faizi ləğv edilir

post-img

Fransada iki aviadispetçer həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 3-də və 4-də tətilə çağırır və bu, Fransada tətil dövrünün əvvəlində hava hərəkətini ciddi şəkildə pozmaq təhlükəsi yaradır. Belə ki, aviaşirkətlərə iyulun 4-də Parisin Şarl de Qoll, Orli və Bove hava limanlarında uçuşların 40 faizini ləğv etmək tövsiyə olunub.

Bu barədə BFMTV Mülki Aviasiya Baş İdarəsinin bəyanatına istinadən xəbər verir. İyulun 4-də şirkətlərə Paris hava limanlarında uçuşların 25 faizini ləğv etmək tövsiyə olunub.

Media cümə axşamı səhərindən Parisin Şarl de Qoll və Orli hava limanlarında və uçuşların dörddə birinin ləğv edildiyi Beauvais hava limanında hava hərəkəti cədvəlində əhəmiyyətli pozuntulara işarə edir. Nitsa, Bastia və Kalvidə uçuşların yarısı ləğv edilib. 

“1400 dispetçerdən təxminən 270-i tətildə iştirak etdiyini elan edib, bu, tətilin hər iki günündə yüzlərlə uçuşu ləğv etmək üçün kifayətdir”, – “Le Figaro” mənbəyə istinadən qeyd edir.

Tətilçilər “struktur kadr çatışmazlığına”, “uğursuz texniki layihələrə” və “toksik idarəçiliyə” etiraz edirlər. Onların tələblərindən biri də gecikmələrə və iş qrafikinə əməl edilməməsinə qarşı mübarizə vasitəsi kimi işə gələrkən və işdən kənarda hesabat vermək tələbinin ləğv edilməsidir.

P.ƏMİRCANOV
XQ

Dünya