“Radioda praktiki iş” kitabı nəşr olunub

post-img

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı  günü - 6 noyabr artıq beş ildir ki, xalqımızın şanlı Qələbə sevinci — Zəfər Günü ilə birgə qeyd olunur.

Bu əlamətdar tarix ərəfəsində Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimləri Sevil Həsənova və Sevinc Məmmədovanın müəllifliyi ilə “Radioda praktiki iş” adlı dərs vəsaiti işıq üzü görüb.

Kitabın elmi redaktoru Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlidir. Nəşrə BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, professor Allahverdi Məmmədli, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov və ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti Gülşən Qafarova rəy veriblər.

“Füyuzat” nəşriyyatında Azərbaycan və rus dillərində çap olunan dərs vəsaiti əsasən Jurnalistika fakültəsinin müəllim və tələbələri, eləcə də radio jurnalistikasına maraq göstərənlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 1926-cı il noyabrın 6-da Bakıda ilk radiostansiya qurularaq istismara verilib. Bu hadisə ölkəmizdə radio yayımının əsasının qoyulduğu gün kimi tarixə düşüb.

XQ

Mədəniyyət