Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq

post-img

Mayın 7-dən 10-dək Rumıniyanın Piteşti şəhərində “Tulip Jazz” beynəlxalq caz festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif ölkələrdən musiqiçilər çıxış edəcək.

XQ xəbər verir ki, tədbirin son günü səhnəyə azərbaycanlı musiqiçilər Rain Sultanov və Hikmət Babazadə çıxacaqlar.

Qeyd olunur ki, onların çıxışı festival proqramının əsas hissələrindən biri hesab olunur və beynəlxalq caz mühitində Azərbaycan musiqisinin təqdimatı baxımından əhəmiyyət daşıyır.

Festival Piteşti Filarmoniyası və “Gheorghe Zamfir” Yay Teatrında keçiriləcək və dörd gün ərzində həm yerli, həm də xarici ifaçıların konsertləri ilə müşayiət olunacaq.

Mədəniyyət