"Qar dənəsinin sirri"

post-img

Xətai Sənət Mərkəzində uşaq və gənclərin yaradıcılığını dəstəkləyən "Qar dənəsinin sirri" adlı rəsm sərgisinin təntənəli açılış mərasimi keçirilib.

​Sərgi "XƏMSƏ ART GROUP"un təşkilatçılığı, "IWS SUMQAYIT KIDS ART CENTER" və "ERUDİT RF TƏDRİS VƏ İNKİŞAF MƏRKƏZİ"nin birgə dəstəyi ilə ərsəyə gəlib. Tədbirin əsas məqsədi istedadlı uşaqların qış mövzusunda olan yaradıcılıq nümunələrini geniş ictimaiyyətə təqdim etmək və onlarda incəsənətə olan marağı stimullaşdırmaqdır.

​Sərgidə nümayiş olunan əsərlərdə qış fəslinin gözəlliyi, qar dənəciklərinin füsunkarlığı və uşaqların xəyal dünyasındakı "qış nağılı" əks olunub. Gənc fırça ustaları rənglərin dili ilə qışın sehri və sirrini tamaşaçılara çatdırıblar.

​Sərgi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onlara peşəkar sənət mühitində öz əsərlərini nümayiş etdirmək imkanı yaradıb.

Açılışda musiqi performansları ilə balaca rəssam Kamal Əli,  Açar müsabiqəsinin qalibi,uşaq filmlərinin baş qəhrəmanı, Fidan Hacıyeva adına musiqi məktəbinin şagirdi müğənni aktrisa Aylin Tahir və Ümid 2025 müsabiqəsinin Laureatı Azərbaycan Ulduzu müsabiqəsinin qalibi  Osmanlı Cingizxan çıxış ediblər.

Sərgidə "Əli art studio "nun direktoru və rəssam müəllim Təhminə Əli və rəssam müəllimə Vüsalə Mahmudova, Xəzər Universiteti Bakı Dünya məktəbinin və Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin rəssam pedaqoqu Ş.Aybəniz, rəssam pedaqoq Günel Zamanova, Zeynəb art studionun rəhbəri  rəssam pedaqoq Zeynəb Həşimzadə, "Elmland" tədris mərkəzinin rəssam pedaqoqu Lalə Cəbrayılova, Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət məktəbinin rəssam pedaqoqu Aydan Niftiyeva, 295 Saylı məktəbin rəssam pedaqoqu Aynur Qədirova,NURANƏ_ART STUDİOnun rəssam müəllimi Nuranə Hüseynova, EDUGrata Təhsil Mərkəzinin rəssam müəllimi Əliyeva Fatimə,Qurban Heydərov adına ümumi orta məktəbi Fənn müəllimi, rəhbər rəssam  Sevinc Ağayeva və başqaları iştirak ediblər.

XQ



















Mədəniyyət