Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2025-ci il