Bakıda evdən 17 min manatlıq oğurluq edilib

post-img

Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.

Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər