Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının müasir inkişafı, dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəldilməsi və davamlı sosial-iqtisadi tərəqqisi Sizin liderliyinizlə sıx bağlıdır.
Sizin rəhbərliyinizlə Azərbaycan milli maraqlara, suverenliyə və ardıcıl inkişafa əsaslanan strateji kursu davam etdirir.
Vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına, idmanın inkişafının dəstəklənməsinə və inklüziv cəmiyyətin təşviqinə yönəlmiş ardıcıl sosial siyasətiniz xüsusilə təqdirəlayiqdir. Paralimpiya hərəkatına, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına və sosial inteqrasiyasına göstərilən diqqət dövlət siyasətinə irəliyə doğru istiqamətlənmiş və insan mərkəzli yanaşmanı əks etdirir.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İlqar Rəhimov
Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının prezidenti

