Helsinki Azərbaycan Evinin və Azərbaycan-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovadan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən dərin ehtiramımı ifadə edirəm.

Müasir dövrdə mürəkkəb qlobal çağırışların və dəyişkən geosiyasi proseslərin fonunda Sizin qətiyyətli, prinsipial və uzaqgörən siyasətiniz Azərbaycan dövlətinin milli maraqlarının etibarlı şəkildə qorunmasına, ölkəmizin beynəlxalq nüfuzunun davamlı olaraq möhkəmlənməsinə xidmət edir. Sizin rəhbərliyinizlə Azərbaycan güclü, müstəqil və öz sözünü deyən bir dövlət kimi dünya birliyində layiqli yerini daha da möhkəmləndirmişdir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirərək, Siz ölkəmizin sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirirsiniz. Bu siyasətin nəticələri bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə aydın şəkildə görünməkdədir.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı apardığınız siyasət xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin diasporla bağlı strateji xətti sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycan ətrafında daha sıx birləşmiş, milli maraqlarımızın müdafiəsində fəal mövqe tutmuşlar. Finlandiyada fəaliyyət göstərən Helsinki Azərbaycan Evi də bu istiqamətdə dövlət siyasətinə uyğun olaraq Azərbaycan mədəniyyətinin, tarixinin və müasir reallıqlarının tanıdılması naminə ardıcıl iş aparır. Bu fəaliyyətlərdə Sizin müəyyən etdiyiniz milli birlik və dövlətçilik prinsipləri əsas rəhbər tutulur.

Sizin yüksək siyasi mədəniyyətiniz, zəngin dövlətçilik təcrübəniz, prinsipial mövqeyiniz və Vətənə bağlılığınız Azərbaycan xalqının Sizə olan böyük etimadının əsasını təşkil edir. Qürurverici haldır ki, bu etimad ölkəmizin qazandığı uğurlarda, əldə olunan nailiyyətlərdə öz parlaq əksini tapır.

Zati-aliləri, əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəliləyəcək, xalqımız yeni nailiyyətlərin sevincini yaşayacaqdır.

Doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Ülviyyə Cabbarova

Helsinki Azərbaycan Evinin və Azərbaycan-Türk

Gənclər Təşkilatının rəhbəri

Məktublar