Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası böyük nailiyyətlər qazanmış, beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində əhəmiyyətli nəticələr əldə etmişdir. Təhsil, mədəniyyət və gənclərin inkişafına göstərdiyiniz xüsusi diqqət hər zaman yüksək qiymətləndirilir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın Zəfər salnaməsinə məhz Sizin adınızla yazılmışdır.
Gürcüstanda yaşayan azərbaycanlılar Sizin diqqət və qayğınızı daim öz üzərlərində hiss edirlər. Biz həmişə zəngin mədəniyyətimiz, şanlı tariximiz, milli-mənəvi dəyərlərimiz və ənənələrimizlə haqlı olaraq fəxr etmişik. Amma bu gün bizim ən böyük qürur və iftixar mənbəyimiz milli dövlətimiz olan Azərbaycan Respublikası, onun dünyada yüksələn nüfuzu, güclənən mövqeyidir. Bu qüruru və iftixarı bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq.
Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz işlərdə davamlı nailiyyətlər arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin kollektivi

