№ 278 Bakı şəhəri, 22 sentyabr 2025-ci il
“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 51-VIIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 51-VIIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 446 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. Siyahının bütün bəndləri üzrə “Bələdiyyənin adı” sütunlarından “rayon”, “qəsəbə”, “kənd” və “şəhər” sözləri çıxarılsın;
1.2. 5-ci bəndin “Bələdiyyənin adı” sütununda “Güzdək” sözü “Qobu” sözü ilə əvəz edilsin;
1.3. 15-ci bəndin “Ünvanı”, “Balans sahibi” və “Bələdiyyənin adı” sütunlarında “Qaraqollar” sözü “Qaraqullar” sözü ilə əvəz edilsin;
1.4. 18-ci və 19-cu bəndlərin “Bələdiyyənin adı” sütunlarında “Zəylik” sözü “Quşçu” sözü ilə əvəz edilsin;
1.5. 20-ci və 32-ci bəndlərin “Ünvanı” sütununda “rayonu” sözü “şəhəri” sözü ilə əvəz edilsin;
1.6. 22-ci bəndin “Bələdiyyənin adı” sütununda “Hacı Qəhrəmanlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin;
1.7. 42-ci və 43-cü bəndlərin “Bələdiyyənin adı” sütunlarında müvafiq olaraq “Böyük Pirəlli” və “Kiçik Pirəlli” sözləri “Soltannuxa” sözü ilə əvəz edilsin;
1.8. 45-ci və 49-cu bəndlərin “Bələdiyyənin adı” sütunlarında müvafiq olaraq “İkinci Şıxlı” və “Birinci Şıxlı” sözləri “Şıxlı” sözü ilə əvəz edilsin;
1.9. 47-ci bəndin “Bələdiyyənin adı” sütununda “Orta Salahlı” sözləri “Salahlı” sözü ilə əvəz edilsin;
1.10. 50-ci bəndin “Bələdiyyənin adı” sütununda “Yuxarı Salahlı” sözləri “Aslanbəyli” sözü ilə əvəz edilsin;
1.11. 51-ci bəndin “Bələdiyyənin adı” sütununda “Qaymaqlı” sözü “Kəmərli-Qaymaqlı” sözləri ilə əvəz edilsin;
1.12. 53-cü bəndin “Bələdiyyənin adı” sütununda “Pirəsora” sözü “Qosmalıan” sözü ilə əvəz edilsin;
1.13. 66-cı və 68-ci bəndlərin “Bələdiyyənin adı” sütunlarında müvafiq olaraq “2 №-li Mayak” və “1 №-li Mayak” sözləri “Neftçala” sözü ilə əvəz edilsin;
1.14. 67-ci bəndin “Ünvanı” sütununda “kəndi” sözü “qəsəbəsi” sözü ilə əvəz edilsin;
1.15. 76-cı bəndin “Ünvanı” və “Bələdiyyənin adı” sütunlarında “H.Zeynalabdin” sözləri “Hacı Zeynalabdin” sözləri ilə əvəz edilsin;
1.16. 90-cı bəndin “Bələdiyyənin adı” sütununda “Yuxarı Qarxun” sözləri “Yevlax” sözü ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun və Qəbələ rayonunun Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan avtomobil yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 29 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 85 (Cild I) adında və 1-ci hissəsində “Çuxur Qəbələ” sözləri “Yeni Dizaxlı” sözləri ilə əvəz edilsin.
3. “Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli 19 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 86) 1-ci hissəsində “Pirəkəşkül-Qobustan” sözləri “Aşağı Güzdək” sözləri və “Sitalçay” sözü “Giləzi” sözü ilə əvəz edilsin.
4. “Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 aprel tarixli 210 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 462) 1-ci hissəsində “Pirəkəşkül-Qobustan” sözləri “Aşağı Güzdək” sözləri ilə əvəz edilsin.
5. “Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 aprel tarixli 211 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 463) 1-ci hissəsində “Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar” sözləri “Neftçala bələdiyyəsinin mülkiyyətində olan 450 hektar” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri