“Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi və “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.4-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 876 (Cild); 2024, № 3, maddə 305; 2025, № 12 (II kitab), maddə 1209) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ mart ” 2026-cı il
№ 85

