Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.6-cı abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 301 (Cild I); 2025, № 10, maddə 974) ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ mart ” 2026-cı il

№ 84

Nazirlər kabinetinin qərarları