Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 320, № 7, maddə 628; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunu) 14.8-1-ci maddəsinin birinci abzasına “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri, ikinci halda “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2026-cı il

