Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

post-img

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

QƏRAR

№ 3-27/3-7-8/2025

Bakı şəhəri 31 iyul 2025-ci il

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətləri ilə bağlı tariflərin tənzimlənməsi haqqında

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:

1. “Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı telekommunikasiya operatorları üçün sonlandırma qiymətləri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq telefon danışıqları ilə bağlı təsdiq olunmuş tariflərin 50%-dən az olmayan hissəsi çıxış zənglərinə münasibətdə beynəlxalq telekommunikasiya kanallarını təşkil edən telekommunikasiya operatoruna ödənilir.

3. Beynəlxalq telefon danışıqları ilə bağlı giriş zənglərinə (yekunlaşan) münasibətdə beynəlxalq telekommunikasiya kanallarını təşkil edən telekommunikasiya operatoru tərəfindən ƏDV daxil olmaqla 1 dəqiqə üçün sellülar (mobil) telefon telekommunikasiya operatoruna 0,04 manat, sabit telefon telekommunikasiya operatoruna isə 0,03 manat ödənilməklə, qarşılıqlı hesablaşma nisbətləri tətbiq edilir.

4. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 31 iyul tarixli 3-27/3-7-8/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.



Reklam və elan