Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib.
Paylaşımda deyilir: “Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq diləyirəm. Novruz bayramınız mübarək!”.

