Azərbaycan Turizm və Menecment Universiteti müsabiqə elan edir

post-img

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının (bundan sonra - ATMU) 2025-ci il 11 sentyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “ATMU-nun “Turizm işinin təşkili” ixtisası bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrinin xarici ölkələrdə istehsalat təcrübəsinin təşkili üçün vasitəçi şirkət seçimi meyarları”na müvafiq olaraq (bundan sonra – “meyarlar”) vasitəçi şirkətlərin seçilməsi üçün

Müsabiqə Elan Edir

Müsabiqədə iştirak etmək istəyən vasitəçi şirkətlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

• Şirkətin rəsmi qeydiyyat və lisenziya sənədləri.

• Maliyyə sabitliyi və ödəniş qabiliyyətinin təsdiqi.

• Əməkdaşlıq etdiyi müəssisələrin siyahısı və təsdiqedici sənədlər.

• Təklif olunan təcrübə proqramının təsvir.

• Təcrübəçilər üçün təminat və xidmətlərlə bağlı məlumat.

• Əvvəlki analoji layihələr üzrə təcrübəni təsdiq edən arayış və rəylər.

Elektron müraciət formasını dolduran şirkətlərin ilkin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müsabiqədə iştirak üçün yuxarıda qeyd edilən sənədlərin əsli tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən vasitəçi şirkətlər əsas şərtlər və meyarlar barədə aşağıdakı keçiddən ətraflı məlumat ala bilərlər:

https://atmu.edu.az/upload/files/2025/11/03//-f5f96025176216196935543862710257866.pdf

Müraciətlərin qəbulunun başlanma tarixi: 4 noyabr 2025-ci il.

Müraciətlərin qəbulunun bitmə tarixi: 4 dekabr 2025-ci il.

Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 822/23.

Əlaqə telefonu: +994 12 - 564-42-33.

Email: [email protected]

Poçt indeksi: AZ1072

https://www.facebook.com/photo/?fbid=1278908214275081&set=a.552001513632425

https://www.instagram.com/p/DQmFZNxDKX3/

https://atmu.edu.az/az/web/post/1428

 

 

Reklam və elan